Roma Parası XIV Leo rəsmi səfərlə Türkiyəyə gəlib. Onun təyyarəsi Ankaradakı Esenboğa hava limanına enib, burada onu Türkiyə Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy və digər rəsmi şəxslər qarşılayıblar.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Papa Lev XIV Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarlığını ziyarət edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
Səfər proqramına həmçinin Türkiyədəki katolik kilsəsi nümayəndələri ilə görüş, İznikdə qədim bazilikanın xarabalıqlarında ekumenik ibadətdə iştirak, Sultanahmet Məscidi (Mavi Məscid) ziyarəti, Müqəddəs Georgi kilsəsində ibadət və Yunan pravoslav patriarxı Varfolomey ilə görüş daxildir.
XIV Leo Türkiyəyə səfər edən beşinci Roma yepiskopu olub. Ondan əvvəl ölkəyə Pavel VI, Yoan Pavel II, Benedikt XVI və Fransisk səfər etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:33 / 27.11.2025
Roma Papası Türkiyəyə gəldi – VİDEO
Hazırda oxunan: Roma Papası Türkiyəyə gəldi – VİDEO
Hazırda oxunan: Roma Papası Türkiyəyə gəldi – VİDEO
582696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































