Krım körpüsündə törədilən terror hadisəsi işi üzrə üç erməni – Artem və Qriqori Azatyanlar, eləcə də yük maşını sürücüsü Artur Terçanyan digər beş nəfərlə birlikdə ömürlük həbs cəzasına məhkum edilib.
Bizim.Media xəbər verir ki, bu qərarı bu gün Rostov-na-Donu Cənub Hərbi Məhkəməsi çıxarıb.
Cinayətkar hesab edilənlər arasında 8 nəfər var: Artem və Qriqori Azatyanlar, Oleq Antipov, Aleksandr Bılın, Vladimir Zloba, Dmitri Tyajelıx, Roman Solomko və Artur Terçanyan.
Təqsirlilərə terror aktı törətmək və silah və ya partlayıcı maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan əlavə, Solomko və Terçanyana partlayıcı qurğuların kontrabandasına görə əlavə ittihamlar verilib.
Xatırladaq ki, 8 oktyabr 2022-ci il səhər saatlarında Krım körpüsündə yük maşını partlayıb və yanacaq daşıyan tanker alışıb. Hadisə nəticəsində 5 nəfər həlak olub. Cinayət işi başlanıb və daha sonra FTX Krım körpüsündəki terror hadisəsində iştirak edən səkkiz nəfərin saxlandığını açıqlayıb. (Mənbə: Sputnik Ermənistan)
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:44 / 27.11.2025
Krım körpüsünü partladan 3 erməni ömürlük həbs cəzasına məhkum edildi
Hazırda oxunan: Krım körpüsünü partladan 3 erməni ömürlük həbs cəzasına məhkum edildi
Hazırda oxunan: Krım körpüsünü partladan 3 erməni ömürlük həbs cəzasına məhkum edildi
582671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































