Argentina Rafael Qrossini BMT Baş katibi vəzifəsinə namizəd göstərdi

Hazırda oxunan: Argentina Rafael Qrossini BMT Baş katibi vəzifəsinə namizəd göstərdi

582602

Argentina hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossini BMT Baş katibi vəzifəsinə rəsmi olaraq namizəd göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə Argentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Argentina Respublikası BAEA-nın hazırkı baş direktoru Rafael Qrossinin 2027-2031-ci illər üçün BMT Baş katibi vəzifəsinə namizədliyini təqdim etmək şərəfinə nail olub", - məlumatda deyilir.

Məlumatda həmçinin deyilir ki, Qrossi münaqişələrdə və ciddi beynəlxalq böhranlarda diplomatik dialoqu təşviq etmək bacarığına malikdir və bu, onu BMT Baş katibi vəzifəsinə uyğun namizəd edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin