200 ton qızılla batan gəmidəki xəzinələr çıxarılmağa başlayıb - Foto

Hazırda oxunan: 200 ton qızılla batan gəmidəki xəzinələr çıxarılmağa başlayıb - Foto

582601

20 milyard dollar dəyərində zinət əşyaları ilə batan, İspaniyaya məxsus əfsanəvi böyük çoxgöyərtəli yelkənli “San Xose” gəmisinin qalıqları tapılaraq ilk artefaktlar götürülüb.

Bizim.Media “New York Times”a istinadən xəbər verir ki, batan zaman “San Xose” gəmisində təxminən 200 ton qızıl, gümüş və qiymətli daş olub. 

Onun dəyəri bu gün 20 milyard dollaradək qiymətləndirilir.

Nəşrin yazdığına görə, Kolumbiyanın dəniz qüvvələri İspaniyanın əfsanəvi böyük çoxgöyərtəli yelkənli “San Xose” gəmisinin qalıqlarından ilk artefaktları tapıblar. Tapıntılar arasında bürünc top, çini fincan və bir vaxtlar İspaniya koloniyalarının əsas pul vahidi olan üç gümüş makuquina sikkəsi var. Əməliyyatda Kolumbiya prezidenti Qustavo Petro iştirak edib.

Ekspedisiya gəminin batdığı yerdən, ehtimal ki, Sin (Qing) sülaləsinə aid olan 22 bürünc top və yüzlərlə mavi-ağ çini fincan aşkar edib.

Əfsanəvi böyük çoxgöyərtəli yelkənli “San Xose” gəmisi 1708-ci ildə İspan Vərəsəliyi Müharibəsi dövründə Kartagenadan Avropaya xəzinə daşıyarkən batıb. İngilis gəmilərinin “San Xose”yə hücumu zamanı gəmidəki barıt anbarlarında partlayış baş verib və nəticədə gəmi batıb.

Kolumbiya “San Xose”ni milli sərvət hesab edir və gəminin dəqiq yerini gizli saxlayır. İspaniya, Peru və Boliviya da bu iddiaya qoşulur. (Ölkə.az)


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin