“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

Hazırda oxunan: “Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

582538

Bir neçə respublikaçı konqresmen ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla danışığının mətninin yayımlanmasından sonra onun davranışlarında müşahidə olunan prorusiya meyillərindən narazılıq ifadə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağ Evdəki mənbələr yayıb.

Prezident Donald Tramp üçün əsas məsələ müharibənin dayandırılmasıdır və partiya daxilindəki tənqidlərə baxmayaraq, o, Uitkoffu danışıqları davam etdirmək üçün Moskvaya göndərərək ona dəstək verib.

Uitkoffun Rusiya tərəfinin iştirakı ilə hazırladığı sülh planı ortaya çıxdıqdan sonra senatorlar, o cümlədən respublikaçılar, sərt reaksiya göstəriblər. İndi isə Nümayəndələr Palatasının üzvləri administrasiyanı kursu dəyişməyə çağırırlar. Respublikaçı konqresmen Brayan Fitspatrik vəziyyəti “böyük problem” adlandırıb və “bu gizli görüşlərin dayandırılmasının səbəblərindən biri” olduğunu deyib. O bildirib ki, dövlət katibi Marko Rubio “öz işini səmimi və obyektiv şəkildə yerinə yetirməlidir”. Rubio isə 28 bənddən ibarət plan haqqında yalnız son anda məlumat alaraq, həftəsonu ukraynalı tərəfdaşlarla danışıqlarda sənədi ən mübahisəli müddəaları çıxarmaqla 19 bəndə endirib.

Respublikaçı konqresmen Don Bekon Uitkoffun Uşakovla danışığının xüsusi elçinin vəzifədən uzaqlaşdırılmasının vacibliyini göstərdiyini deyib: “O, elə davranır ki, guya ruslardan maaş alır. Bütün bu insident fiasko oldu və ölkəmizin nüfuzuna xələl gətirdi. Onu işdən çıxarmaq lazımdır”, — deyə The Wall Street Journal onun sözlərini sitat gətirir.

Respublikaçı senator Miç Makkonnell də çıxış edərək, Ağ Evin Moskvaya qarşı tələblərinin sərtliyi barədə şübhələrini bildirib: “Biz Rusiyadan hansı ciddi güzəştləri gözləyirik? Ukraynanın gələcək təcavüzdən müdafiə imkanlarının məhdudlaşdırılması daimi sülh şansını necə artıra bilər? Sülhün qiyməti və sabitliyi mühümdür və məsələnin mahiyyəti bizim nüfuzumuzdur”, — deyə o vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin