Pentaqondan sərt REAKSİYA: Rusiyanın NATO-ya üzvlüklə bağlı “veto hüququ” yoxdur

Hazırda oxunan: Pentaqondan sərt REAKSİYA: Rusiyanın NATO-ya üzvlüklə bağlı “veto hüququ” yoxdur

0:00
0:00
58243

Pentaqonun sözçüsü Con Kirbi jurnalistlərin Rusiya prezidenti Vladimir Putinin NATO-nun Şərqə genişlənməsi ilə bağlı bəyanatını şərh edərkən deyib ki, hər hansı bir ölkənin NATO-ya qoşulması məsələsində Rusiyanın “veto hüququ” yoxdur. Bu məsələni yalnız həmin dövlət və alyansın özü həll edə bilər.  

Bizim.Media xəbər verir ki, bu haqda informasiya TASS agentliyində yer alıb.

“NATO-ya üzvlük konkret suveren dövlətə və NATO-ya aid olan məsələdir. Bu, cənab Putinin veto hüququ olan məsələ deyil”, - Pentaqonun sözçüsü bildirib.

Kirbi əlavə edib ki, o, “NATO-nun gələcəkdə genişlənməsi və Ukraynanın bu prosesdə yeri barədə spekulyasiya etməyəcək, ancaq bu, yalnız alyans və Ukrayna tərəfindən qəbul edilə bilən qərardır”.

Çərşənbə axşamı Macarıstanın baş naziri Viktor Orbanla görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bir vaxtlar Rusiyanın "sadəcə aldadıldığı"nı xatırladıb:
"NATO blokunun infrastrukturunun Şərqə doğru irəliləməyəcəyinə söz vermişdilər. Bir qarış belə. Alyans bu qərarından imtina etməməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin