Tramp: “Ukrayna müəyyən ərazilərdən imtina etməlidir”

Hazırda oxunan: Tramp: “Ukrayna müəyyən ərazilərdən imtina etməlidir”

582414

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, sülh razılaşmasına nail olmaq üçün Ukrayna bəzi ərazilərdən imtina etməlidir, əks halda bu əraziləri bir neçə ay ərzində itirə bilər.

Bizim.Media xəbər verir ki, ABŞ lideri bunu Floridaya gedərkən təyyarəsində jurnalistlərlə söhbətində deyib.

“Baxın, hər şey bir istiqamətdə gedir. Nəhayət, yaxın bir neçə ay ərzində bu torpaqlar Rusiyanın əlinə keçə bilər. Deməli, ya döyüşüb daha 50–60 min insan itirmək, ya da elə indi nəsə etmək istəyirsiniz”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib: “Bu müharibə illərlə davam edə bilər və Rusiyanın daha çox insan və hərbi resursu var. Ona görə mən hesab edirəm ki, Ukrayna saziş bağlaya bilsə, bu, yaxşı olardı. Düşünürəm ki, bu, hər iki tərəf üçün əla seçim olar”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin