ABŞ və Rusiya arasında Əbu-Dabidə aparılan danışıqlar “yaxşı gedir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ nümayəndə heyətinə rəhbərlik edən Driskollun sözçüsü polkovnik-leytenant Ceff Tolbert Axios-a bildirib.
“Katib Driskoll və komandası Ukraynada davamlı sülhün əldə edilməsi barədə rusiyalı nümayəndə heyəti ilə danışıqlar aparıblar. Danışıqlar yaxşı gedir və biz nikbinliyimizi qoruyuruq. Dövlət katibi Driskoll bu danışıqlar zamanı Ağ Ev və ABŞ-ın digər qurumları ilə sıx əməkdaşlıq edir”, – deyə Tolbert bildirib.
Ukrayna nümayəndə heyəti də Budanovun rəhbərliyi ilə Əbu-Dabidədir və ABŞ və Rusiya komandaları ilə danışıqlar aparır.
Bizim.Media





























































































