Paşinyandan prokurorluğa ŞİKAYƏT: Cinayət məsuliyyətinə cəlb edilsin

Hazırda oxunan: Paşinyandan prokurorluğa ŞİKAYƏT: Cinayət məsuliyyətinə cəlb edilsin

582305

Bir qrup siyasi xadim, ictimai təşkilatların nümayəndələri və jurnalistlər Ermənistanın baş naziri Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb edərək prokurorluğa müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Parallel Z” nəşri yazıb.

Prokurorluğa göndərilən müraciətdə bildirilir ki, 2026-cı il seçkiləri ərəfəsində Paşinyanın başçılıq etdiyi hakimiyyət siyasi rəqiblərə və hökuməti tənqid edən şəxslərə qarşı repressiya kampaniyasına başlayıb və bu kampaniya vətəndaşların hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə müşayiət olunur.

Qeyd edilir ki, qanunsuz təqiblərin əsas hədəfinə Erməni Apostol Kilsəsi (EAK), Katolikos, yüksək rütbəli digər din xadimləri, eləcə də ruhaniyyətin hüquqlarını müdafiə edən tanınmış iş adamı Samvel Karapetyan və çoxsaylı digər ictimai xadimlər çevrilib.

Müraciətdə vurğulanır ki, hakimiyyət EAK-nin özünüidarə prinsipini, mülkiyyət hüquqlarını kobud şəkildə pozur, səlahiyyətlərindən sui-istifadə edərək Kilsənin daxili işlərinə müdaxilə edir, şəxsi və ailə həyatının toxunulmazlığını, insanların şərəf və ləyaqətini pozur.

Müraciətin müəlliflərinin sözlərinə görə, baş verən bütün bu pozuntulara görə şəxsən baş nazir Paşinyan məsuliyyət daşıyır. O,, bu prosesləri təşkil edir, yönləndirir, tapşırıqlar verir və həyata keçirir. Bildirilir ki, Paşinyanın icra hakimiyyəti və məhkəmə sistemi üzərində böyük təsiri nəzərə alınaraq onun fəaliyyəti dövlət sisteminin hüquqi fəaliyyətinə, demokratiyaya, vətəndaş azadlıqlarına və insan hüquqlarına birbaşa təhlükə yaradır.

“Baş prokurordan tələb edirik ki, Konstitusiyanın və qanunun nəzərdə tutduğu tədbirləri görsün və baş nazir Nikol Paşinyanı və bütün onun suç ortaqlarını cinayət məsuliyyətinə cəlb etsin”, – müraciətdə deyilir.

“Armenia Today”in məlumatına görə, bu müraciəti 16 nəfər imzalayıb. Onların arasında “Helsinki Assosiasiyası”nın nümayəndəsi Arman Veziryan, jurnalist Tiqran Paskeviçyan, “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan, Jurnalistlər İttifaqının rəhbəri Satik Seyranyan, “Həyat naminə ölkə” partiyasının nümayəndəsi Araksya Qriqoryan, “Yeni güc” partiyasından Aram Torosyan, “Hayakve” təşəbbüsündən Armen Manvelyan və Ermənistan Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin