Aktauda yeni dəniz limanı tikiləcək - Bakıya gələn nəqliyyat dəhlizinə YENİ TÖHFƏ

Hazırda oxunan: Aktauda yeni dəniz limanı tikiləcək - Bakıya gələn nəqliyyat dəhlizinə YENİ TÖHFƏ

582266

Qazaxıstanın Manqistau bölgəsində yeni dəniz limanının tikintisi planlaşdırılır.

Bizim.Media Qazaxıstan mediasına istinadən xəbər verir ki, bölgənin akimi Nurdaulet Kilıbayın sözlərinə görə, Çinin “Çjonyun International” şirkətlər qrupu strateji tərəfdaş seçilib.

Region rəhbərliyinin məlumatına əsasən, investisiya layihəsinin dəyəri 300 milyon dollar təşkil edir.

Nurdaulet Kilıbay dəqiqləşdirib ki, investor artıq bölgədə hüquqi şəxs qeydiyyatdan keçirib və investisiya sazişinin imzalanması üçün lazımi sənədlər paketini hazırlayır:

“Layihə yeni “Çin – Qazaxıstan – Aktau – Bakı – Poti – Avropa” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasına töhfə verəcək. Onun həyata keçirilməsi yüklərin çatdırılma müddətini 7-15 gün, nəqliyyat xərclərini 18-25% azaltmağa və yeni iş yerləri yaratmağa imkan verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin