Fransanın media qurumu ERE TV-nin nümayəndələri Ağdama səfər ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Xüsusi Nümayəndəliyinin rəsmi "Twitter" səhifəsində paylaşım edilib.
MÖVZU İLƏ BAĞLI:
Avropalı gənc fotoqraflar Gəncədə ermənilərin dağıtdığı ərazilərdə oldular - FOTO
Səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında məlumat verilib.
Qeyd edək ki, ERE TV-nin nümayəndələri ötən gün Füzuliyə səfər ediblər. Səfər zamanı qonaqlar Füzulinin dağıdılmış hissələri, eyni zamanda, işğaldan azad olunduqdan sonra həyata keçirilən yenidənqurma və bərpa işləri də tanış olublar.
Bizim.Media