ABŞ-dan Ukraynaya TƏLƏB – “Sülh planı bu tarixədək qəbul olunmalıdır”

Hazırda oxunan: ABŞ-dan Ukraynaya TƏLƏB – “Sülh planı bu tarixədək qəbul olunmalıdır”

581645

ABŞ administrasiyası ümid edir ki, Ukrayna prezidenti Vladimir Zelenski növbəti həftənin cümə axşamına – 27 noyabr, Müstəqillik (Şükranlıq) Gününədək sülh planına rəsmən razılıq verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə The Financial Times ukraynalı rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, Vaşinqton bu ayın sonunda sazişin layihəsini Moskvaya təqdim etməyi və prosesi dekabrın əvvəlində tamamlamağı planlaşdırır.

“ABŞ Prezidenti Donald Tramp administrasiyasının hazırladığı 28 maddəlik sülh planını tez qəbul etməsi üçün Ukraynaya güclü təzyiq göstərilir”, - deyə nəşr bildirib.
 

Lakin belə bir qrafikin həyata keçirilməsi real görünmür. Zelenski administrasiyası bildirib ki, sülh planındakı bir neçə maddə Kiyev üçün açıq şəkildə qəbuledilməzdir. Buna görə də razılaşmanın yaxın günlərdə imzalanması ehtimalı aşağı qiymətləndirilir.


Qeyd edək ki, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçareko sülh planının müddəalarını dərc edib. 28 maddədən ibarət olan plana Ukraynanın NATO-ya qoşulmaması, sülh sazişindən 100 gün sonra seçkilərin keçirilməsi, üstəlik Kiyevin Krım, Donetsk və Luqanskdan de-fakto imtina etməsi kimi müddəalar daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin