“Trampın sülhün bərpası istiqamətindəki səylərini yüksək qiymətləndiririk” - Zelenski

Hazırda oxunan: “Trampın sülhün bərpası istiqamətindəki səylərini yüksək qiymətləndiririk” - Zelenski

581604

Bu gün Kiyevdə ABŞ quru qoşunları naziri Den Driskoll ilə keçirilən görüşdə “həqiqi sülhə nail olmaq variantları, işin mərhələləri və dialoq formatları, eləcə də diplomatiyaya yeni impulslar” müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

O qeyd edib ki, Ukrayna və ABŞ komandaları müharibənin başa çatdırılması üçün plan maddələri üzərində işləyəcəklər: “Biz konstruktiv, dürüst və operativ işləməyə hazırıq.
 

Sülh lazımdır və biz prezident Trampın və onun komandasının Avropada təhlükəsizliyi bərpa etmək istiqamətində göstərdiyi səyləri təqdir edirik.


Ukrayna həyat və müstəqilliyini xalqımızın cəsarəti, dövlət daxilində birliyimiz və tərəfdaşların yardımı sayəsində müdafiə edir. Biz çalışırıq ki, bütün bu üç element kifayət qədər güclü olsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin