Ukrayna ABŞ-ın hazırladığı sülh planını rədd etdi

Hazırda oxunan: Ukrayna ABŞ-ın hazırladığı sülh planını rədd etdi

581551

Ukrayna hakimiyyəti ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması üzrə yeni planını rədd edib.

Kiyev bunun praktiki olaraq Kremlin "maksimalist tələblərinə" tam şəkildə cavab verdiyi qənaətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri Ukrayna məmurlarına istinadən yazıb.

Nəşrin istinad etdiyi məmurların sözlərinə görə, ABŞ tərəfindən təklif edilən layihə əhəmiyyətli düzəlişlər olmadan həyata keçirilə bilməz, çünki onun hazırkı formasında plan Kiyevin maraqlarına cavab vermir.

Qeyd edək ki, noyabrın 19-da Qərb KİV-ləri ABŞ-ın Rusiya ilə birlikdə Ukraynadakı münaqişənin nizamlanması üzrə 28 maddəlik yeni sülh planı hazırladığını bildirmişdi. Bunlar dörd hissəyə bölünür: respublikada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və Vaşinqtonun Moskva və Kiyevlə gələcək münasibətləri.

Daha sonra Ukrayna KİV yazmışdı ki, Rusiya və ABŞ tərəfindən hazırlandığı iddia edilən münaqişənin həlli üzrə sülh planına əsasən, Ukrayna NATO üzvlüyü ilə bağlı bəndi konstitusiyasından çıxarmalı, blok ölkələri isə Kiyevin heç vaxt alyansa qoşulmayacağını təsdiqləməlidirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin