Azərbaycanlı professor, filologiya elmləri doktoru Zemfira İshakova Rusiya Prezident Akademiyasının - Rusiya Federasiyası Prezidentinin yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) tələbələri tərəfindən 2024–2025-ci tədris ilinin ən yaxşı müəllimi adına layiq görülərək fəxri fərmanla təltif edilib.
Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimi Rusiya Federasiyası Prezidentinin yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında keçirilib. Fəxri fərman RXTDQA İctimai Elmlər İnstitutu tərəfindən “Siyasi idarəetmə” magistratura proqramı üzrə təqdim olunub.Tələbələr Zemfira xanımın peşəkarlığını, geniş elmi dünyagörüşünü və auditoriya ilə dialoq qurmaq bacaığını xüsusi qeyd ediblər. (Azərtac)

Bizim.Media




























































































