COP31 Antalya şəhərində keçiriləcək

Hazırda oxunan: COP31 Antalya şəhərində keçiriləcək

581490

Türkiyə gələn il COP31 sammitinə ev sahibliyi edəcək. Tədbir Antalya şəhərində keçiriləcək.

Bununla da Türkiyə BMT-nin ən vacib iqlim forumunun keçiriləcəyi yer barəsində Avstraliya ilə uzun müddətdir davam edən mübahisəyə son qoyub.

Bu barədə Bizim.Media "Yeni şafak" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, Avstraliya 2026-cı ildə Sakit okean ölkələri ilə birgə keçiriləcək BMT iqlim forumundan əvvəl Türkiyə ilə danışıqlar aparmaq barədə razılığa gəlib. Türkiyə rəsmi iclasa sədrlik funksiyasını öz üzərinə götürəcək.

"Bizim əldə etdiyimiz nəticə həm Avstraliya, həm də Türkiyə üçün böyük bir qələbədir", - deyə Entoni Albaneze Avstraliyanın "ABC Radio Perth" ictimai radiostansiyasına müsahibəsində bildirib.

Bu bəyanat Braziliyanın Belem şəhərində cümə günü COP30 iqlim sammitinin bağlanmasından əvvəl verilib. Avstraliya gələn il COP31-in Sakit okeanın cənub hissəsində dəniz səviyyəsindən aşağıda yerləşən ölkələrlə birlikdə "Sakit okean sammiti" kimi keçirilməsində israr edirdi, çünki bu ölkələr daha çox dəniz səviyyəsinin artması və iqlim fəlakətləri təhlükəsi altındadırlar.

Türkiyə bəyan edib ki, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə olaraq, öz sammitində zəngin və kasıb ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsini təşviq edəcək.

İndi Türkiyənin Antalya Sərgi Mərkəzində keçiriləcək tədbirə hazırlaşması üçün cəmi 12 ayı olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin