"Yuventus" Kenan Yıldızla ortaq məxrəcə gəlməyə yaxındır.
Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi yaxın günlərdə türkiyəli vingerlə yeni müqavilə imzalayacaq. Bu barədə klubun Futbol Strategiya Direktoru Corcio Kyellini məlumat verib.
Klub rəsmisi artıq Kenanla razılıqq əldə olunduğunu qeyd edib. Yaxın zamanda tərəflər rəsmi müqaviləyə qol çəkəcəklər.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 18 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı sözləşməsinin müddəti 2029-cu ilin 30 iyun tarixinə kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
Dünya
01:00 / 20.11.2025
“Yuventus” Kenan Yıldızla ANLAŞDI
Hazırda oxunan: “Yuventus” Kenan Yıldızla ANLAŞDI
Hazırda oxunan: “Yuventus” Kenan Yıldızla ANLAŞDI
581449
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































