Ukrayna uzaqmənzilli silah sistemləri ilə təmin olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bəyan edib.
“Ötən bir neçə ay ərzində biz Ukrayna hökuməti ilə böyük mənzilli raketlərin yaradılması layihələrinin həyata keçirilməsi üzərində fəal şəkildə işləyirdik. Ukrayna ordusu bu cür silah sistemləri ilə təchiz olunacaq”, — deyə o, İsveçin baş naziri Kristerssonla birgə mətbuat konfransında bildirib.
Merts vurğulayıb ki, Berlin Ukraynanı lazım olan mənzilli silahlarla təmin etmək üçün əlindən gələni edir və bu xətti gələn həftə və aylarda davam etdirməyə hazırdır.
Bununla belə, Almaniya lideri konkret təchizat tarixlərini açıqlamayıb.
O həmçinin istisna etməyib ki, gələcəkdə bəzi sistemlərin istehsalı Ukrayna ərazisində yerli şəkildə həyata keçirilə bilər.
Bizim.Media































































































