Rusiya bu gecə Ukraynaya dəhşət yaşatdı – Bütün ölkə od-alov içində - VİDEO

Hazırda oxunan: Rusiya bu gecə Ukraynaya dəhşət yaşatdı – Bütün ölkə od-alov içində - VİDEO

581307

Rusiya ordusu bu gecə Ukraynaya raket və dronlarla hücum edib.

Bizim.Media xəbər verir ki, işğalçı ordu əsasən “Kalibr”, “Şahed”, “Kinjal” raketlərini buraxıblar, hücumun əsas hədəfi enerji infrastrukturu olub.
 

Raketlərin və dronların böyük hissəsi Lvov, Ternopol və Xmelnitski vilayətlərinə yönəlib. Partlayışlar həmçinin Odessada, Kiyev vilayətində, Dneprdə və Nikolayevdə eşidilib.


Xarkovda dron hücumu nəticəsində 46 nəfər yaralanıb. Vilayət administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, yaralananlar arasında 9 və 13 yaşlı qızlar var.

Zərər dəymiş və dağıdılmış mülki obyektlər bunlardır: 16 çoxmənzilli bina, 31 avtomobil, qaraj, təcili tibbi yardım altstansiyası, supermarket, 2 trolleybus, qeyri-yaşayış binası, inzibati bina və məktəb.

Ternopolda bir neçə ev zədələnib, ilkin məlumata görə iki nəfər həlak olub.
 

Hazırda xilasetmə əməliyyatı davam edir. Bu barədə şəhər meri Sergey Nadal danışıb. İvano-Frankovskda üç yaralı var, onların ikisi uşaqdır.


Vilayət rəhbəri Svetlana Onişçuk faktı təsdiq edib. Düşmənin hədəfi enerji infrastrukturu olub. Bir yaşayış evi zədələnib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin