Tramp Ronaldo ilə görüşdə: "Oğlum bundan sonra mənə daha çox hörmət edəcək" – VİDEO

Hazırda oxunan: Tramp Ronaldo ilə görüşdə: "Oğlum bundan sonra mənə daha çox hörmət edəcək" – VİDEO

581268

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud ilə nahar edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Futbol dünyasından FIFA prezidenti Canni İnfantino da şam yeməyinə dəvət olunub. Amerikalı milyarder İlon Mask da qonaqlar arasında olub.

Tramp zarafatla bildirib ki, kiçik oğlu Barronu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya milli komandasının hücumçusu Kriştiana Ronaldo ilə tanış etməklə ondan daha çox hörmət qazanıb.

"Bilirsiniz, oğlum Ronaldonun böyük fanatıdır", - Tramp şam yeməyində deyib.

"Barron onunla görüşdü. Düşünürəm ki, sizi görüşdürdük, sonra o, atasına bir az daha çox hörmət edir", - Tramp Ronaldoya deyib və bu, tədbirdə iştirak edənlərin gülüşünə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin