Aleksandr Çernışov HƏBS EDİLDİ

Hazırda oxunan: Aleksandr Çernışov HƏBS EDİLDİ

581257

Ukrayna məhkəməsi sabiq vitse-premyer Aleksandr Çernışovu iki aylıq həbsə göndərib.

Bizim.Media xəbər verir ki, Çernışov “Enerqoatom”dakı mənimsəmələrlə bağlı qalmaqallı iş (Mindıç işi) çərçivəsində qanunsuz varlanmada şübhəli bilinir.
 

NABU tərəfindən yayılmış səs yazılarında ona “Çe Qevara” deyə müraciət olunduğu iddia olunurdu, lakin sabiq siyasətçi bunun onunla bağlı olmadığını bildirir.


Çernışova iki korrupsiya ittihamı irəli sürülüb. Biri Mindıç sxemi ilə, digəri isə tikinti sahəsindəki yeyintilərlə əlaqəlidir.

Ukrayna KİV-ləri xəbər verir ki, Çernışov 51,6 milyon qrivna girov qarşılığında azadlığa buraxıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin