Tramp bu gün Ağ Evdə Kriştiano Ronaldonu qəbul edəcək

Hazırda oxunan: Tramp bu gün Ağ Evdə Kriştiano Ronaldonu qəbul edəcək

581144

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Kriştiano Ronaldonu Ağ Evdə qəbul edəcək.

Bizim.Media xəbər verir ki, bu məlumatı “Correio da Manha” nəşri, həmçinin ABŞ-da MS Now kanalının Ağ Ev üzrə müxbiri Ceyk Teylor yayıb.

Portuqaliya millisinin 2026-cı il dünya çempionatına vəsiqəni artıq təmin etdiyi məlumdur. Turnirin təşkilatçı ölkələrindən biri də ABŞ olacaq.

Ceyk Teylorun sözlərinə görə, “Əl-Nəsr” klubunun hücumçusu Ronaldodan başqa Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da Ağ Evi ziyarət edəcək.

Qeyd edək ki, Pirs Morqana verdiyi müsahibədə Ronaldo Trampa təriflər yağdırmışdı:
 

“O, ən vacib insanlardan biridir, tanımaq istədiyim şəxslərdəndir. Fürsət olsa, onunla bir gün görüşmək istəyərəm… Onunla oturub yaxşı bir söhbət etmək istəyirəm. Mənim həqiqətən xoşladığım insanlardandır, çünki hesab edirəm ki, o, bir çox şeyləri reallaşdıra bilir və mən belə insanları sevirəm. Donald Tramp dünyanı dəyişməyə kömək edə biləcək şəxslərdən biridir”.


Qeyd edək ki, Portuqaliya 2026-cı il mundialına vəsiqəni artıq təmin edib. Mundial tarixdə ilk dəfə üç ölkədə — ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin