Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq

Hazırda oxunan: Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq

581042

Avropa Komissiyası Ukraynaya 2026–2027-ci illər üçün maliyyə yardım paketini hazırlayarkən Rusiya–Ukrayna müharibəsinin 2026-cı ilin sonunda başa çatacağı ehtimalı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Yevropeyskaya pravda” tərəfindən açıqlanan Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Avropa İttifaqı ölkələrinin liderlərinə ünvanladığı məktubda yer alıb.
 

Məktubda Ursula von der Leyen qeyd edir ki, Beynəlxalq Valyuta Fondunun ilkin proqnozlarına əsasən, müharibənin 2026-cı ilin sonunda başa çatması və Aİ-yə üzv dövlətlər, həmçinin beynəlxalq tərəfdaşlar tərəfindən verilən bütün vədlər nəzərə alınsa belə, Ukrayna yenə də böyük maliyyə çatışmazlığı ilə üzləşəcək.


Bu çatışmazlığın yeni maliyyələşdirmə cəlb etmədən aradan qaldırılmasının mümkün olmayacağı vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin