ABŞ Hərbi Dəniz Qüvvələrinin Cerald Ford aviadaşıyıcı gəmisi Venesuela ilə gərginlik fonunda Karib dənizinə daxil olub.
Bizim.Media xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin Mətbuat Xidməti bu barədə sosial mediada məlumat yayıb.
Gəmi Pentaqon rəhbəri Pit Heqsetin göstərişi ilə Qərb yarımkürəsində narkotik əleyhinə əməliyyatın bir hissəsi olaraq bölgəyə yerləşdirilib. O, artıq Puerto-Rikoda yerləşən birləşmiş qüvvələrə dəstək verəcək. Hərbi gəminin Venesuelaya qarşı mümkün əməliyyatlara cəlb edilməsi də ehtimal olunur.
Qeyd edək ki, dünyanın ən böyük hərbi gəmisində 4 000-dən çox şəxsi heyət, onlarla qırıcısı və hücum helikopteri var.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:42 / 16.11.2025
ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ
Hazırda oxunan: ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ
Hazırda oxunan: ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ
580916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































