Rusiya Belçikanın xarici işlər naziri Maksim Prevonun Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanın Rusiya ordusu tərəfindən vurulması ilə bağlı açıqlamasını təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.
Mənbə qeyd edir ki, Rusiyanın Belçikadakı səfirliyi bu ittihamları “əsassız və tələsik verilmiş” adlandırıb.
Rusiya səfirliyinin açıqlamasında iddia olunur ki, Azərbaycan səfirliyinə dəymiş ziyan ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raketlərin qalıqları səbəbindən yarana bilər.
Rusiya Xarici İşlər Nazirliyi də yayımladığı press-relizdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə zərbələr planlaşdırarkən diplomatik missiyaların yerləşdiyi ünvanları nəzərə alır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün endirilən zərbələr Ukraynanın müdafiə-sənaye kompleksinə və enerji infrastrukturu obyektlərinə yönəlib. Zərbələr zamanı “Kinjal” hipersəs raketləri və zərbə PUA-larının tətbiq edildiyi qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:28 / 16.11.2025
Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”
Hazırda oxunan: Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”
Hazırda oxunan: Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”
580909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































