Bu ölkədə mis mədəni çökdü - Onlarla insan öldü

Hazırda oxunan: Bu ölkədə mis mədəni çökdü - Onlarla insan öldü

580902

Konqo Demokratik Respublikasının cənubunda qeyri-qanuni mədənçilərin işlədiyi mis mədəninin bir hissəsi çöküb.

Bizim.Media xəbər verir ki, bu barədə RFI radiosu məlumat yayıb.

Lualaba əyalətinin qubernatoru Fifi Massukinin sözlərinə görə, azı 32 nəfər ölüb. O əlavə edib ki, axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.

Bununla belə, Mədənçilər Assosiasiyası 49 nəfərin öldüyünü və onlarla işçinin itkin düşdüyünü bildirib. Səlahiyyətlilər hesab edir ki, hadisəyə səbəb leysan yağışları nəticəsində yaranan torpaq sürüşmələridir.

Bununla belə, RFI başqa bir nəzəriyyə irəli sürüb. Ehtimal edilir ki, mədəndə silahlı mühafizəçilərlə mədənçilər arasında münaqişə baş verin. Nəticədə işçiləri dağıtmaq istəyən mühafizəçilər onlara atəş açıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin