Bu şəhər Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi

Hazırda oxunan: Bu şəhər Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi

580880

Bu şəhər Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi

Belçikanın Bruj şəhərində keçirilən Milad bazarı “Time Out” jurnalı tərəfindən bu il Avropada ziyarət edilməli ən yaxşı 20 məkan arasında göstərilib. Siyahı ziyarətçilərə Milad ruhunu yaşatmağı vəd edən ən gözəl bazarları əhatə edir.

Bizim.Media xəbər verir ki, reytinqin zirvəsində Nürnberq Milad bazarı yer alıb, daha sonra Mançester və Paris bazarları gəlir.

Bruj bazarı isə 16-cı pillədə qərarlaşıb və Belçikanın siyahıya düşən yeganə təmsilçisi olub.

Şəhərin mərkəzində eyni anda iki fərqli bazar təşkil edilir: əsas meydandakı “Grote Markt” bazarı daha ənənəvi atmosfer təklif edir, Simon Stevin meydanındakı isə əl işlərinə və sənətkarlıq məhsullarına fokuslanır.

“Time Out” jurnalına görə, Bruj bazarları “nağıl atmosferi” axtaranlar üçün ideal məkandır. Şəhərin orta əsr memarlığı Milad bazarına elə bir ab-hava qatır ki, sanki şəkil kitabından çıxıb.

Bruj bazarları noyabrın 21-dən 2026-cı il yanvarın 4-dək ziyarətçilərə açıq olacaq. Stendlər bazar ertəsindən cümə axşamına qədər saat 11:00-dan 20:00-dək, cümə və şənbə günləri isə 21:00-dək fəaliyyət göstərəcək. Milad gecəsi, Yeni il gecəsi və bayram günlərində iş saatları dəyişdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin