Rusiya prezidenti Vladimir Putin ilə Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.
ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, telefon danışığı zamanı prezidentlər Ukraynanın şərqində gedən döyüşləri və münaqişənin nizamlanması üzrə danışıqların hansı yollarla davam etdirilməsini müzakirə ediblər.
Telefon danışığı Pyotr Poroşenkonun təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, Ukraynanın şərqində atəşkəs elan edilsə də ordu qüvvələri ilə separatçılar arasında döyüşlər gedir. Atəşkəsin pozulmasında tərəflər bir-birlərini ittiham edirlər.






























































































