“Ukraynada yazadək sülh gözlənilmir” – Finlandiya prezidentindən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Ukraynada yazadək sülh gözlənilmir” – Finlandiya prezidentindən XƏBƏRDARLIQ

580853

Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna müharibəsinin yaxın aylarda dayanacağına ümidlərin az olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, "Associated Press"ə müsahibəsində o qeyd edib ki, Ukraynada atəşkəs yazdan əvvəl mümkün görünmür və Avropa bütün çətinliklərə baxmayaraq dəstəyini davam etdirməlidir.
 

Stubb vurğulayıb ki, Kiyevdə baş verən korrupsiya qalmaqalı belə, Avropa ölkələrinin Ukraynaya yardımını zəiflətməməlidir.


Onun sözlərinə görə, qitə qarşıdan gələn qışı yalnız “dözümlülük, iradə və birlik”lə keçə biləcək.

Fin lider bildirib ki, Rusiya Avropanın bütün ərazisində hibrid hücumları və informasiya müharibəsini davam etdirir, bu səbəbdən həm siyasi, həm təhlükəsizlik baxımından gərginlik artmaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin