Axtarışda olan bu şəxslər Türkiyəyə təhvil verildi - FOTO

Hazırda oxunan: Axtarışda olan bu şəxslər Türkiyəyə təhvil verildi - FOTO

580842

Almaniya, Gürcüstan, Şimali Makedoniya və Mərakeş müxtəlif cinayət əməllərinə görə axtarışda olan 10 nəfəri Türkiyəyə təhvil verib.

Bizim.Media xəbər verir ki, Türkiyəyə təhvil verilən şəxslərdən yeddisi İnterpol siyahılarına daxil edilib, üçü isə ölkə daxilində axtarışda olub.
 

Daxili işlər naziri Ali Yerlikaya cinayətdə şübhəli bilinən şəxslərin əksəriyyətinin Almaniya (4) və Gürcüstan (3) tərəfindən Türkiyəyə təhvil verildiyini bildirib.


Nazir ölkəyə gətirilən şəxslərin fotoşəkillərini sosial mediada paylaşaraq bildirib:

“Bu şəxslər narkotik qaçaqmalçılığı, terrorizm, qanunsuz silah saxlama, fırıldaqçılıq, oğurluq və digər cinayətlərdə iştirak etdiklərinə görə axtarışda olublar”.

A.Yerlikaya xaricə qaçmağın cinayətkarların ədalət mühakiməsindən yayınmasına kömək etməyəcəyi ilə bağlı əminlik ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin