Putin-Tramp görüşü hələlik təxirə salınıb, lakin bu məsələ ilə bağlı təmaslar davam edir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov "Rossiya" telekanalına müsahibəsində bildirib.
O, ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı təmasların davam etdiyini də söyləyib.
Kreml rəsmisi bu ilin avqustunda Rusiya-ABŞ arasında baş tutan Ankoric sammitinin nəticələri Ukrayna tərəfinə çatdırıldığını qeyd edib:
"Ankoricdə əldə edilən razılaşmalar sülh yolu ilə həll yoluna nail olmaq üçün yaxşı bir yoldur. Sammitin nəticələri Ukrayna tərəfinə çatdırılıb. Müharibəni son ukraynalıya qədər davam etdirmək istəyənlər Ankoricin nəticələrindən məmnun deyillər".
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:36 / 16.11.2025
Putin-Tramp görüşü təxirə salındı
Hazırda oxunan: Putin-Tramp görüşü təxirə salındı
Hazırda oxunan: Putin-Tramp görüşü təxirə salındı
580839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































