“The Economist” 2026-cı il üçün üz qabığını yayımladı: Dünyanı nə gözləyir?

Hazırda oxunan: “The Economist” 2026-cı il üçün üz qabığını yayımladı: Dünyanı nə gözləyir?

580691

Dünyanın nüfuzlu nəşrlərindən biri olan “The Economist” dərgisi 2026-cı il üçün hazırladığı üz qabığını yayımlayıb.

Bizim.Media xəbər verir ki, dərginin üz qabığı müzakirələrə səbəb olub.

Siyasi şərhçilər siyasi inkişafdan müharibələrə, qlobal iqtisadiyyatdan texnologiya yarışına qədər geniş mövzuları sivmolik şəkildə əks etdirən fotonu şərh ediblər.

Qlobal gərginliyin simvolu

Rəylərə əsasən, üz qabığının ən diqqətçəkən elementi qarşı-qarşıya qoyulmuş qılınclardır.
 

Bu təsvir həm dünya iqtisadiyyatında gözlənilən enişi, həm də artan qlobal gərginliyi ifadə edir. Qrafiklərin aşağı istiqamətdə göstərilməsi də iqtisadi zəifliyə işarə kimi qiymətləndirilir.


Qılıncın bir tərəfində ABŞ Prezidenti Donald Tramp, digər tərəfində isə Çin lideri Şi Cinpin və Rusiya Prezidenti Vladimir Putin yer alır.

Üçüncü fiqurun Avropa Birliyində “Troya atı” kimi xarakterizə edilən Macarıstan Baş naziri Viktor Orban ola biləcəyi iddia olunur.

ABŞ-250

Üz qabığının mərkəzindəki “250” rəqəmi və qandal taxılmış yumruq ABŞ-ın 250-ci ildönümünü simvolizə edir. Tort ətrafındakı raket fiqurları isə Vaşinqtonun qlobal meydan oxumalarla qarşılaşacağını göstərir.

Texnologiya və kosmos rəqabəti

Dizaynda yer alan Mars roketi və peyk təsvirləri gələcək illərdə kosmos yarışının daha da şiddətlənəcəyinə işarə edir. Robot fiqurları isəişçi qüvvəsinin süni intellekt tərəfindən dəyişdiriləcəyi ehtimal olunan gələcək ssenarini simvolizə edir.

Zelenski yenidən üz qabığında

Ukrayna Prezidenti Volodimir Zelenskinin birdaha üz qabığında yer alması müharibənin 2026-cı ildə də davam edəcəyi proqnozu kimi dəyərləndirilir. Onun qarşısındakı tank təsviri dəbu ehtimalı gücləndirir.

Dərman simvolları

Üz qabığında təkrarlanan dərman fiqurları, şərhçilərin sözlərinə görə, şəkərli diabet başda olmaqla bəzi xəstəliklərlə bağlı tibbi sıçrayışların gözlənildiyini göstərir.

2026-cı il dünya çempionatı

Futbolçu fiquru 2026-cı il Dünya çempionatının ABŞ, Kanada və Meksikada keçiriləcəyinə işarə edir. Las-Veqasda həyata keçiriləcək və performans artırıcı dərmanların nəzarətli şəkildə istifadəsinə icazə veriləcək idman tədbirinə də diqqət çəkilib.

Dollarla bağlı narahatlıq

Qiymətləndirmələrə görə, dollar işarələri ABŞ valyutasına dair narahatlıqları əks etdirir.

Federal Ehtiyat Sistemində rəhbər dəyişikliyi gözləntisi də bu narahatlığa əlavə olunur.

Əriyən buzlar üzərində çəkilmiş ədalət tərəzisi isə həm hüquq sistemlərində zəifləmə, həm də qlobal istiləşmənin reallığına diqqət çəkən simvol kimi təqdim edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin