BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etdi – RUSİYADAN SƏRT ETİRAZ - VİDEO

Hazırda oxunan: BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etdi – RUSİYADAN SƏRT ETİRAZ - VİDEO

58058

ABŞ-ın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası Rusiya və Çinin etirazlarına baxmayaraq baş tutub.

Bizim.Media TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iclasın yekunu kimi rəsmi nəticələr - sənədlərin və qərarların qəbulu olmayıb. ABŞ, Ukrayna və onların Təhlükəsizlik Şurasındakı tərəfdarları yenidən Rusiyaya qarşı ittihamlar irəli sürüblər. Lakin Rusiya bu ittihamları rədd edib.

Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya səsləndirilən ittihamlara cavab verib:

“Gələcək müharibə ilə bağlı söhbətlər özlüyündə təxribat xarakterlidir. Siz deyəsən, buna çağırırsınız, bunun baş verməsini istəyirsiniz və gözləyirsiniz, sanki öz fərziyyələrinizi reallığa çevirmək istəyirsiniz”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin