Hitler yəhudi idi? - DNT analizinin nəticələri ÜZƏ ÇIXDI - FOTO

Hazırda oxunan: Hitler yəhudi idi? - DNT analizinin nəticələri ÜZƏ ÇIXDI - FOTO

580420

Alimlər Hitlerə aid DNT-ni deşifrə edərək onda ciddi genetik pozuntular aşkarlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Nəşrin məlumatına görə, tədqiqatçılar həmçinin köhnə və geniş yayılmış bir mifi də təkzib ediblər. Guya Hitlerin özü də yəhudi mənşəli olub və buna baxmayaraq yəhudilərə qarşı soyqırım törədib.

Genetik analiz nəticəsində Hitlerin DNT-sində yəhudi mənşəyinə dair heç bir dəlil tapılmayıb.

Genetik analiz üçün nümunə, ABŞ polkovniki Rozuell Rozenqrenin müharibədən sonra “xatirə üçün” kəsib götürdüyü Hitlerin divanındakı parça olub.

Tədqiqatın nəticələrinə əsasən, Alman diktatorunda aşağıdakı pozuntular aşkar edilib:

Kallmann sindromu — testosteron səviyyəsinin aşağı olması, qoxu hissinin itməsi və cinsiyyət orqanlarının inkişaf anomaliyası ilə xarakterizə olunan nadir genetik xəstəlik.

Yüksək risk — diqqət çatışmazlığı və hiperaktivlik sindromu (SÇHS), autizm, bipolyar pozuntu və şizofreniya üçün meyl. Qeyd edilir ki, Hitler bu xəstəliklərə ən çox meyilli olan insanların 1%-lik qrupuna daxil olub.

Antisosial davranışa, impulsivliyə və aqressiyaya genetik meyl.

Psixiatrlar bu faktorların bir araya gəlməsini “cinayətkar-autistik psixopatiya” adlandıraraq, son dərəcə təhlükəli qarışıq kimi dəyərləndiriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin