Rubio: Rusiyaya qarşı yeni sanksiya imkanı demək olar ki, tükənib

Hazırda oxunan: Rubio: Rusiyaya qarşı yeni sanksiya imkanı demək olar ki, tükənib

580316

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiya təzyiqinin son həddinə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

“Əslində, artıq sanksiya tətbiq edə biləcəyimiz demək olar ki, heç nə qalmayıb. Biz onların ən böyük neft şirkətlərinə zərbə vurduq. Hamı məhz bunu tələb edirdi”, – deyə o bildirib.

Rubionun sözlərinə görə, indi ABŞ diqqətini mövcud sanksiyalara əməl olunmasına nəzarətə və Rusiyanın məhdudiyyətləri aşmaq üçün istifadə etdiyi “kölgə donanması” ilə mübarizəyə yönəldəcək.

O həmçinin qeyd edib ki, Moskvanın məqsədi Donbasın qalan hissəsini ələ keçirməkdir:

“Ukraynaya endirilən raket zərbələri isə “enerji şəbəkəsini məhv etmək və əhalini ruhdan salmaq” məqsədi daşıyır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin