Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 iqlim sammitində ənənəvi yerli geyimdə olan bir qrup insanın konfrans zalına hücum etməsi ilə etirazçılarla təhlükəsizlik işçiləri arasında toqquşma baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "The Guardian" nəşri yayıb.
Məlumata görə, onlarla insan sammitin "Mavi Zona"sına basqın edib, bundan sonra təhlükəsizlik işçiləri onları dayandırmağa çalışıblar.
Etirazçılardan birinin əlində "Meşələrimiz satılmır" yazılmış pankart daşıdığı bildirilir.
BMT-nin məlumatına görə, qarşıdurma nəticəsində iki mühafizəçi yüngül xəsarət alıb. Hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb və sammit adi qaydada işinə davam edib.
Nəşr qeyd edib ki, Braziliyada keçirilən sammitin təşkilatçıları iqlim konfransı fonunda küçə nümayişlərini fəal şəkildə təşviq edirlər.
Xatırladaq ki, noyabrın 10-da BMT-nin COP30 iqlim sammiti öz işinə başlayıb.
Tədbirdə iştirakçıların sayının 45 min nəfərə çatacağı gözlənilir.
Bizim.Media



























































































