“Avropa Rusiya ilə müharibəyə hazırlaşır”.
Bizim.Media xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç “Pink” telekanalına müsahibəsində deyib.
“Ola biləcək müharibə şəraitində Serbiya “çəkiclə mismar” arasında qalıb. Əgər yaxınlaşan münaqişə ilə bağlı narahatlıqlar əsassız çıxsa, mən çox sevinərəm və hətta bunu bayram edərəm.
Amma Serbiya silahlanmanı davam etdirməlidir. İlk növbədə Hərbi Hava Qüvvələrimizi gücləndirəcəyik”, – deyə o bildirib.
Bizim.Media




























































































