Bizim.Media xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Bildirilib ki, “TRUMP” qısaltmasının anlamı “Tous Réunis pour l’Union des Mouvements Populistes” mənasını verir, tərcüməsi isə “Populist Hərəkatların Birliyi üçün Hamımız Birlikdəyik” deməkdir.
“partiyanın adı Trump seçilib, çünki o populizmin əsas simvoludur və dərhal bizim tərəfdar olduğumuz ideyaları ifadə edir”, - partiyanın təsisçisi Salvatore Nikotra bildirib.
Partiya əvvəlki Belçika “Milli Front” üzvləri tərəfindən yaradılıb və özünü sağ-populist, sosial yönümlü kimi təqdim edir. Onlar 2029-cu ildə həm Belçika federal seçkilərində, həm də Avropa Parlamentinə seçkilərdə iştirak etməyi planlaşdırır. Partiyanın rəsmi təqdimatı 30 noyabrda olacaq.
Nəşr yazır ki, Belçikada sağ-populist partiyaların müəyyən seçici bazası mövcuddur, amma “TRUMP” adı ilə açıq şəkildə ABŞ simvolunu istifadə etmək daha çox medianın diqqətini çəkmək və siyasi mesaj vermək üçündür.
Bizim.Media






























































































