Əkrəm İmamoğluna 2 min 352 il HƏBS tələb olundu

Hazırda oxunan: Əkrəm İmamoğluna 2 min 352 il HƏBS tələb olundu

580030

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri, hazırda həbsdə olan Əkrəm İmamoğlunun cinayət işi üzrə ittihamnamə tamamlanıb.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu İmamoğlunun rəhbərlik etdiyi bir cinayət təşkilatının mövcud olduğu qənaətinə gəlib.

İttihamnamədə İmamoğlunun 142 müxtəlif əmələ görə məsuliyyətə cəlb olunması və ümumilikdə 2 min 352 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur.

3900 səhifəlik sənəddə bir sıra tanınmış şəxslərin də adları keçir. Bildirilir ki, iş üzrə ümumilikdə 402 nəfərdən şübhəli şəxs qismində izahat alınıb.

İttiham tərəfi iddia edir ki, İmamoğlunun rəhbərlik etdiyi dövrdə dövlətə 10 il ərzində təxminən 160 milyard lira həcmində maddi zərər vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin