İngiltərədə bir sürücü namizədi, sürücülük vəsiqəsi almaq üçün girdiyi nəzəri imtahanda 128-ci cəhdində də uğur qazana bilməyib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, bu müddət ərzində imtahan haqlarına təxminən 3 min funt sterlinq (təxminən 6.400 manat) xərcləyib.
Məlumata görə, başqa bir sürücü namizədi 75-ci cəhdində imtahanı keçərək uğur qazanıb. Hər bir nəzəri imtahanın qiyməti 23 funt təşkil edir.
Rəsmi məlumatlara görə, 2024–2025-ci illərdə nəzəri imtahanı keçənlərin faizi 44,9%, praktiki imtahanı keçənlərin faizi isə 48,7% olub. Yetkililər namizədlərə yalnız tam hazır olduqları halda imtahana girməyi tövsiyə ediblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:40 / 11.11.2025
128 dəfə daxil olduğu sürücülük imtahanını yenə keçə bilmədi
Hazırda oxunan: 128 dəfə daxil olduğu sürücülük imtahanını yenə keçə bilmədi
Hazırda oxunan: 128 dəfə daxil olduğu sürücülük imtahanını yenə keçə bilmədi
579975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































