Hindistan hüquq-mühafizə orqanları Yeni Dehlidə avtomobil partlayışını terror aktı kimi qiymətləndirir.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları ölkənin suverenliyini və bütövlüyünü təhdid edən terrorizmlə əlaqəli hərəkət və fəaliyyətlərin araşdırılması, təqibi haqqında qanun çərçivəsində hərəkət edir.
Noyabr 10-da axşam Yeni Dehlidəki tarixi Qırmızı Qalanın yaxınlığında avtomobil işıqforda partlayıb. Hindistanın daxili işlər naziri Amit Şahın sözlərinə görə, hadisə zamanı səkkiz nəfər ölüb, bir neçə nəfər yaralanıb. Araşdırma aparılır.
Hadisədən sonra Yeni Dehlidə, eləcə də qonşu Uttar-Pradeş ştatında, Mumbayda Bihar, Kerala və bir neçə digər ştatda yüksək həyəcan elan edilib. (Report)
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:08 / 11.11.2025
Hindistanda avtomobil partlayışı terror aktı kimi araşdırılır
Hazırda oxunan: Hindistanda avtomobil partlayışı terror aktı kimi araşdırılır
Hazırda oxunan: Hindistanda avtomobil partlayışı terror aktı kimi araşdırılır
579962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































