Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

Hazırda oxunan: Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

579918

Danimarka hökuməti 15 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsini qadağan etmək qərarına gəlib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, qərarın məqsədi uşaqları və yeniyetmələri rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaqdır.
 

Danimarka Rəqəmsal İşlər Nazirliyinin təşəbbüsü ilə irəli sürülən təklif hökumət və siyasi partiyalar tərəfindən qəbul edilib. Yeni qaydaya əsasən, sosial media istifadəsi üçün minimal yaş həddi 15 yaş olaraq müəyyən edilib.


“15 yaşdan kiçik uşaqlar özlərini zərərli məzmuna məruz qoya biləcək platformalara daxil ola bilməməlidirlər”, - nazirliyin açıqlamasında bildirilib.

Bununla belə, bəzi istisnalar nəzərdə tutulur: valideynlərin razılığı ilə uşaqlar 13 yaşdan etibarən sosial mediaya daxil ola biləcəklər.
 

Yeni qərarın uşaqlara fərdi inkişaf üçün sosial mediadan kənar fəaliyyətlərə yönəlmək imkanı yaradacağı vurğulanıb. Həmçinin, qaydaların icrasına nəzarət etmək üçün xüsusi “rəqəmsal nəzarətçilər” fəaliyyət göstərəcək və monitorinq tədbirləri gücləndiriləcək.


Qeyd edək ki, bundan öncə Avstraliya 16 yaşdan aşağı istifadəçilərin sosial media hesabı açmasını məhdudlaşdıran ilk ölkə olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin