Conson Putin HAQDA: “Ona deyəcəyəm ki...”

Hazırda oxunan: Conson Putin HAQDA: “Ona deyəcəyəm ki...”

57991

Böyük Britaniyanın baş naziri Boris Conson bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə bu həftəyə planlaşdırılan telefon danışığı zamanı Rusiya-Ukrayna sərhədində gərginliyin azaldılmasına nail olmaq istədiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

“Mən prezident Putinə deyəcəyəm ki, hamımız müharibənin astanasından geri çəkilməliyik. Hesab edirəm ki, Rusiya kənardan uzaqlaşmalıdır”, - hökumət başçısı London yaxınlığındakı Tilberi limanını ziyarət etdikdən sonra jurnalistlərə müsahibəsində deyib. 

O, əlavə edib ki, “Rusiyanın 2014-cü ildə ələ keçirdiyi ərazilərdən (Krım nəzərdə tutulur) kənarda Ukraynanın istənilən bölgəsinin işğalı dünya və hər şeydən əvvəl Rusiya üçün mütləq fəlakət olacaq”.
Daha əvvəl Dayning Stritdən xəbər verilmişdi ki, Conson bu həftə Putinlə telefon danışığı keçirərək, onu Ukrayna mövzusunda diplomatik dialoqa başlamağa çağıracaq. 

Baş nazirin ofisi vurğulayıb ki, hökumət başçısı Rusiya ilə dialoqu davam etdirmək və Ukraynaya planlaşdırılan işğalın qarşısını almaq üçün digər Qərb ölkələri ilə tandemdə diplomatik səylər göstərməyi hələ də vacib hesab edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin