Paris Apellyasiya Məhkəməsində keçirilən iclasda prokurorluq nümayəndəsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin həbsdən azad edilərək məhkəmə nəzarəti altına alınmasını təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Xatırladaq ki, sentyabr ayında məhkəmə Sakozini 2007-ci il seçki kampaniyasını Liviyanın vəsaitləri ilə qanunsuz maliyyələşdirməkdə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.
Bundan əlavə, sabiq dövlət başçısına 100 min avro məbləğində cərimə və 5 il ərzində dövlət vəzifəsi tutmaq qadağası qoyulub.
Bizim.Media




































































































