Məlum olduğu kimi, 1 fevral 2026-cı ildə keçiriləcək "Grammy" Mükafatları Mərasimi dünyanın diqqət mərkəzindədir. Namizədlərin açıqlanmasından sonra musiqi dünyasının ən prestijli mükafatında rekordçular və favoritlər əsas müzakirə mövzularına çevrilib.
Bizim.Media "Ntv Türk"-ə istinadən musiqi tarixinə yön verən həmin adları təqdim edir:
Kendrick Lamar
"Grammy 2026" namizədləri arasında ən çox diqqət çəkən adlardan biri repçi Kendrick Lamar olub. O, altıncı studiya albomu “GNX” ilə “İlin Albomu”, “İlin Mahnısı” və “İlin Qeydi” kimi ən prestijli kateqoriyalar daxil olmaqla doqquz nominasiyada irəli sürülüb.
Lady Gaga
Daha əvvəl 14 dəfə "Grammy" qazanmış Lady Gaga, “Mayhem” adlı yeni albomu ilə bu dəfə 7 nominasiyada mübarizə aparacaq.
Bad Bunny və Sabrina Carpenter
Lady Gaga-nı 6 nominasiyayla izləyən adlar arasında Bad Bunny, Sabrina Carpenter və Leon Thomas da yer alır.
Beyoncé
Siyahının zirvəsində isə musiqi tarixinin simvolik adı Beyoncé dayanır. O, ümumilikdə 99 nominasiyayla "Grammy" tarixində ən çox namizəd göstərilən sənətçi statusunu qoruyur və bu günə qədər 35 mükafat qazanıb.
Jay-Z
Amerikalı repçi Jay-Z, 88 nominasiyayla həyat yoldaşı Beyoncé-dən sonra ikinci sırada gəlir. O, musiqi karyerası ərzində 25 dəfə "Grammy" mükafatı qazanıb.
KANYE WEST
İndiyədək mükfata 76 dəfə namizəd göstərilən məşhur repçi Kanye West, bu namizədliklərdən 24-ü üzrə qalibiyyət əldə edib.
John Williams
“Star Wars”, “Indiana Jones”, “Jurassic Park”, “Schindler’s List” və “Superman” kimi kino tarixinin əfsanəvi filmlərinin musiqi müəllifi John Williams, indiyədək 26 "Grammy" mükafatına layiq görülüb.
Stevie Wonder
"Grammy" tarixində üç ayrı mərasimdə beş və ya daha çox mükafat qazanan yeganə sənətçi olan Stevie Wonder, ümumilikdə 25 "Grammy" sahibidir.
U2
Musiqi dünyasının ən tanınmış qruplarından U2, 22 "Grammy" mükafatı ilə tarixdə ən çox "Grammy" qazanmış qrup statusuna malikdir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:54 / 10.11.2025
Ən çox “Grammy” mükafatı qazanmış sənətçilər – SİYAHI
Hazırda oxunan: Ən çox “Grammy” mükafatı qazanmış sənətçilər – SİYAHI
Hazırda oxunan: Ən çox “Grammy” mükafatı qazanmış sənətçilər – SİYAHI
579814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































