Şahbaz Şərif Bakıdan qayıdan kimi bu qərarı ləğv etdi

Hazırda oxunan: Şahbaz Şərif Bakıdan qayıdan kimi bu qərarı ləğv etdi

579778

Pakistan Baş naziri Şahbaz Şərif baş nazirin toxunulmazlığı ilə bağlı qanun layihəsinin ləğvini tələb edib.

Bizim.Media xəbər verir ki, Şərif bu barədə X hesabında məlumat verib.

“Azərbaycandan qayıtdıqdan sonra öyrəndim ki, partiyamıza mənsub olan bəzi senatorlar Baş nazirin toxunulmazlığı ilə bağlı düzəliş təqdim ediblər.

Onların niyyətini vicdanla qəbul etsəm də, təklif Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş layihənin bir hissəsi deyildi. Mən onun dərhal geri götürülməsini tapşırdım. Prinsip etibarilə, seçilmiş Baş nazir həm məhkəmə, həm də xalq qarşısında tam məsuliyyət daşımalıdır”, - Şahbaz Şərif yazıb.

Qeyd edək ki, Şahbaz Şərif noyabrın 8-də Bakıda keçirilmiş hərbi paradda iştirak edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin