Rusiyada azərbaycanlı vəkil belə aldandı – “1 milyon rubl və 8,6 min dolları...”

Hazırda oxunan: Rusiyada azərbaycanlı vəkil belə aldandı – “1 milyon rubl və 8,6 min dolları...”

57977

Hazırda həbsdə olan rusiyalı aktyor Mixail Yefremovun keçmiş azərbaycanlı vəkili Elman Paşayev tanışı tərəfindən dələduzluğun qurbanı olub. Həmin şəxs külli miqdarda borcunu qaytarmaq istəmir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı RT nəşri yayıb. 

Vəkilin sözlərinə görə, 3 il əvvəl ona birlikdə avtoservis açacağına söz verən, lakin sonra əlaqə saxlamayan şəxs barəsində polisə ərizə verib.

“O, avtomobil xidmətinə avadanlıq almaq üçün pul aldı. Altı ay ona səhər yeməyi verdim. Hər dəfə də yeni bir şey fikirləşirdi: ya Çindən avadanlıq gözləməliyik, ya da başqa bir şey gözləməliyik. Və sonra tamamilə yoxa çıxdı”, - deyə vəkil qeyd edib.

N.Paşayev iddia edir ki, dostuna güvənməmək üçün heç bir əsası olmayıb, çünki o, avtomobillərinin təmiri üzrə məsul şəxs olub, tanışının keçmiş arvadı isə onun yanında mühasib işləyirmiş.
Qeyd olunur ki, Elman Paşayev dostuna 1 milyon rubl və 8,6 min dollar qəbz qarşılığında borc verdiyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin