Ərdoğan Türkiyənin “Eurofighter”, F-16 və F-35-lərin alınmasına dair planlarını açıqladı

Hazırda oxunan: Ərdoğan Türkiyənin “Eurofighter”, F-16 və F-35-lərin alınmasına dair planlarını açıqladı

579691

Türkiyə “Eurofighter Typhoon” təyyarələrinin növbəti partiyasının da alınmasını planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Böyük Britaniyadan alınacaq “Eurofighter Typhoon” təyyarələri ilə yanaşı, bu təyyarələrin növbəti partiyası Qətər və Omanla aparılan danışıqlar nəticəsində əldə edilə bilər:

“Eurofighter Typhoon” ilə bağlı işlər yaxşı gedir. Qətər və Omanla da bəzi müzakirələr aparmışıq. Bu ölkələrdəki “Eurofighter Typhoon”lar da alına bilər. Bu razılaşmaları yekunlaşdıra bilsək, ölkəmiz üçün müsbət irəliləyişlər gözlənilir”.

Türkiyə Prezidenti ABŞ-dan F-16 və F-35 qırıcı təyyarələrinin alınması məsələsində də ümidli olduğunu bildirib.

Rəcəb Tayyb Ərdoğan ABŞ Prezidenti Donald Trampla bu istiqamətdə danışıqların müsbət keçdiyini vurğulayaraq, bu yöndə texniki müzakirələrin vacib olduğunu qeyd edib:

“Ümid edirəm ki, verilən vədlər yerinə yetiriləcək və F-35-lərlə güclü potensialımız olacaq”.

Qeyd edək ki, oktyabrın 27-də Türkiyə və Böyük Britaniya arasında 20 ədəd “Eurofighter” döyüş təyyarəsinin alışına dair müqavilə imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin