ChatGPT ilə kobud danışdıqda daha düzgün cavablar verir.
Bizim.Media xəbər verir ki, Pensilvaniya Universitetinin tədqiqatçıları belə bir təcrübə aparıblar.
Müəyyən edilib ki, kobud şəkildə müraciət edildikd çatbot daha yaxşı işləyir.
Nəticələr göstərib ki, 250-dən çox fərqli sorğudan "çox kobud" tonda danışdıqda 84,8%, "çox nəzakətli" tonda isə 80,8% düzgün cavab verir.
Tədqiqat nüfuzlu bir jurnal üçün hazırlandığı üçün tədqiqatçılar açıq təhqirlərdən çəkinərək özlərini "Hey, tənbəl, özün həll et" kimi ifadələrlə məhdudlaşdırıblar. Tədqiqatçılar həmçinin istifadəçilərin bu hiylədən istifadə etməyə başladıqdan sonra tezliklə bir-birlərinə eyni yanaşmanı tətbiq etməyə başlayacaqlarından narahatdırlar.
Bizim.Media



























































































