Belçika gələn il hava təhlükəsizliyini təmin edən mərkəz YARADACAQ

Hazırda oxunan: Belçika gələn il hava təhlükəsizliyini təmin edən mərkəz YARADACAQ

579285

Belçika 2026-cı il yanvarın 1-nə qədər hava təhlükəsizliyini təmin edən mərkəz yaradacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Belçika müdafiə naziri Teo Franken hərbi bazalar üzərində uçan naməlum PUA-larla bağlı çağırılmış milli təhlükəsizlik şurasının iclasından sonra bildirib.
 

“Təhlükəsizlik Şurası dronlarla bağlı son insidentləri araşdırdı. Aydın qərar verildi: 2026-cı il yanvarın 1-dən Milli Hava Təhlükəsizliyi Mərkəzi fəaliyyətə başlayacaq.


Bu mərkəz Belçikanın hava məkanına optimal nəzarəti və onun qorunmasını təmin edəcək”, deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin